Portuqaliyalı ulduz futbolçu Kristiano Ronaldo İrana gedəcək.
Tribunainfo.az xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb Ronaldonun çıxış etdiyi Səudiyyə Ərəbistanının “Əl Nassr” futbol klubu ilə İranın aparıcı futbol klublarından olan “Persepolis” sentyabrın 19-da Asiya Çempionlar Liqası çərçivəsində üz-üzə gəlməsidir.
Tehranın “Azadi” stadionunda baş tutacaq qarşılaşma tamaşaçısız oynanılacaq. Hazırda internetə giriş məhdudiyyətləri səbəbindən VPN-dən istifadə edilən İranın “Persepolis” Futbol Klubu Tehrana gələcək Ronaldo və komanda yoldaşlarına VPN-siz xüsusi sim kartların veriləcəyini açıqlayıb.
İranın mədəniyyət və turizm naziri İzetullah Zərqami bu açıqlamanı təkzib edib.
Zərqami sözlərini belə ifadə edib:
“Ronaldo İrana gələndə ailəsi və dostları ilə görüşmək istəyərsə, İranın yerli mesajlaşma proqramları olan “Bale” və “Eitaa”dan istifadə etməlidir. Ailəsinə və dostlarına da zəng edərək bu proqramı quraşdırıb istifadə etmələrini söyləməlidir”.