İranın İŞİD mövqelərinə endirdiyi raket zərbələrindən narahat deyilik.
İranın İŞİD mövqelərinə endirdiyi raket zərbələrindən narahat deyilik.
TİA.AZ xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İsrail Müdafiə naziri Aviqdor Liberman söyləyib.
“İsrail bütün proseslərə hazırdır. Bizim heç nədən qorxumuz yoxdur”, – Liberman deyib.
İsrail Baş naziri Benyamin Netanyahu isə İranın Suriyada öz hakimiyyətini qurmaq istədiyini bildirib: “İran Hizbullahı müasir silahlarla təhciz edir. Tehranın bütün addımlarını nəzarətdə saxlayarıq. İranı bizi təhdid etməməyə çağırırıq”.
Qeyd edək ki, İran iyunun 18-də “Zülfüqar” raketləri ilə Suriyadakı İŞİD mövqelərinə zərbələr endirib.