İranın rabitə və nəqliyyat naziri Mehridad Bazarpaş qəribə iddia ilə çıxış edib. Tribunainfo.az xəbər verir ki, nazir ötən gün keçirdiyi mətbuat konfransında Azərbaycanəı Naxçıvanla birləşdirəcək Araz dəhlizi və Zəngəzur dəhlizi barəsində danışıb.
O deyib ki, İran tərəfinin apardığı siyasət nəticəsində Zəngəzur dəhlizi məsələsi gündəmdən çıxarılıb. “Bizim apardığımız siyasət nəticəsində Zəngəzur dəhlizi məsələsi gündəmdən çıxarılıb. Biz həmin dəhlizi İran üzərindən keçən Araz dəhlizi ilə əvəzləməyə nail olmuşuq”.