İran Zəngəzur dəhlizindən istifadə edə bilər

İran Zəngəzur dəhlizindən istifadə edə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2020-ci ildən bəri Zəngəzur dəhlizinin əleyhinə çıxş edən İran, son günlər bir qədər yumuşalmış kimi görünür. Tribunainfo.az xəbər verir ki, SEPAH-a bağlı “Tasnim” Agentliyi dünən bununla bağlı daha bir geniş məqalə ilə çıxış edib.
Ekspert Mehdi Mahmudi Muntaser tərəfindən qələmə alınan yazı “İran Zəngəzur təhlükəsini necə zərərsizləşdirə bilər?” başlığı ilə yayınlanıb.
O qeyd edib ki, Naxçıvanla Azərbaycanı birbaşa birləşdirən dəmiryolu və avtomobil yoluna ehtiyac var. “Bu həm də Azərbaycanın ərazi bütövlüyü üçün vacib amilir”.
Muntaser bildirir ki, Azərbaycanın Zəngəzur dəhlizini açmaq istəyi anlaşılandır. “Lakin Bakı bunun üçün Ermənistanın ərazisinin bir hissəsini özünə götürməyə çalışır. Bu ssenari İran üçün bir çox təhdid və təhlükələrə səbəb olacaq”.
İranlı ekspert İranın ənənəvi sözlərini qeyd edərək, “Zəngəzur dəhlizi açılarsa, İranın Avropaya əsas çıxışı bağlanacaq” fikrini önə çəkib. Daha donra isə vurğulayıb ki, bu, digər tərədən, Bakı-Ankara ittifaqı ilə əhatələnəcək”.
Munatser yazısında Xəzər dənizi deyil, “Mazandaran dənizi” sözündən də istifadə edib. Və bildirib ki, Azərbaycan bu addımı ilə NATO-nu “Mazandaran dənizi”nə (Xəzər dənizindən söhbət gedir) çıxaracaq.
O həmçinin “Zəngəzur dəhlizi işə düşərsə, “Orta Dəhliz” açılacaq və bu, İranın “Şərqdən Qərbə” dəhlizinə rəqibi olacaq” fikrini də irəli sürüb.
Daha sonra isə ekspert Zəngəzur dəhlizindən İranın yararlana bilməsi üçün bəzi addımlar atmasının vacib olduğunu da qeyd edib. “İranın milli maraqlarını qorumaqla yanaşı, bu işdə müsbət iştirak etmək imkanı var. Bu məqsədlə “Araz dəhlizi” kimi tanınan təşəbbüs irəli sürülüb”.
O hesab edir ki, İran Naxçıvana dəmir yolunu çəkə bilər. “Həmçinin Araz dəmir yolunun tikintisi ilə İran özü də Orta dəhlizin bir hissəsi olacaq və nəticədə bu marşrutdan iqtisadi və strateji pay qazanacaq”.
Müəllif qeyd edir ki, Araz dəhlizi üzərində dəmiyolunun çəkilməsi prosesi tez zamanda başlamalıdır. “Bununla İran Ora Dəhlizə qoşularaq, Təbriz-Culfa dəmiyolunu da inkişaf etdirə biləcək”.