“İran Zəngəzur dəhlizi ilə bağlı ciddi tədbirlər görməlidir”

“İran Zəngəzur dəhlizi ilə bağlı ciddi tədbirlər görməlidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Zəngəzur dəhlizi İranın milli təhlükəsizliyinə ciddi təhdiddir. Azərbaycanın həyata keçirdiyi bu regional layihə əslində, sionist rejimin maraqlarına xidmət edir”.

Tribunainfo.az xəbər verir ki, bu fikirlər İranın SNN.ir saytında dərc olunmuş məqalədəndir.

Sayt bildirib ki, hazırda İran müharibə şəraitindədir və regiondakı dəyişikliklərə qarşı tam ayıq olmalıdır. “Zəngəzur dəhlizi İranı regional məsələlərdən çıxara və regiondankənar aktorların – yəni dolayısı ilə İsrail və Qərb dövlətlərinin – bölgəyə təsirinə yol aça bilər”.

SNN.ir sonda vurğulayıb ki, “Əgər İran bu proseslərə qarşı ciddi tədbir görməzsə, bu qarşısı alınmaz nəticələrlə sonlana bilər”.

P.S. İran dəhlizlə bağlı nə kimi tədbir görə bilər? Bölgəyə hərbi qüvvə yerləşdirəcək? Bu zaman ABŞ-la qarşılaşmada hansı duruma düşəcəyini daha yaxşı bilirlər. Ona görə də, bu yöncəki açıqlamalar blefdən başqa bir şey deyil.

Fərda Uğur