İran Zəfər Paradından niyə “qarın ağrısı”na düşüb?

İran Zəfər Paradından niyə “qarın ağrısı”na düşüb?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda keçirilmiş Zəfər Paradı İrana ciddi təsir edib.

Tribunainfo.az xəbər verir ki, Azərbaycanın nümayiş etdirdiyi silah və sursatların Tehranda qorxu yaratdığı da aydın görünür.

Elə bu səbəbdəndir ki, artıq bir neçə gündür İran mediasında və siyasi cameəsində bu mövzunun aktiv müzakirəsi davam edir. Ötən gün “Donya-e-eqtesad” saytına açıqlama verən iranlı ekspert Əhməd Rəşidinejad iddia edib ki, Bakıda keçirilən parad yalnız hərbi texnika nümayişi deyil, həm də geosiyasi bir mesaj olub. “Bu parad bölgədə yeni bir hərbi-siyasi ittifaqın – Ankara-Bakı-İslamabad üçtərəfli birliyinin gücünü göstərir. Bu üç ölkənin birləşməsi Qafqazda ənənəvi qüvvələr balansını poza bilər”.

Rəşidnejad onu da deyib ki, Türkiyənin paradda iştirakı, bu ölkənin Azərbaycanın yanında, həmrəylik nümayişindən daha çox, artıq bir strateji tərəfdaş olaraq mövcudluğunu ortaya qoyduğunu göstərir. “Pakistanın bu hərbi paradda iştirakı daha çox bölgədəki qərb və rus diskurslarına qarşı formalaşan yeni bir güc bloku idi”.

Onun sözlərinə görə, parad, bölgənin digər aktorlarına ciddi mesajlar daşıyır. “Ermənistan üçün bu paradın mesajı çox aydındır: Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı hər hansı təxribat və ya münaqişə cəhdi sərt şəkildə qarşılanacaq. İran üçün isə bu ittifaq, xüsusilə də Türkiyənin burada artan rolunu nəzərə alaraq, bölgədə yeni geosiyasi fikir ayrılıqlarına yol açacaq. Azərbaycanın bu ittifaq vasitəsilə gücünü artırması, İranın Cənubi Qafqazdakı maraqlarını və təhlükəsizlik strategiyasını ciddi təhdid edəcək. Bu, həm də Xəzər dənizindəki güc balansını dəyişdirmək və İranın regiondakı mövqeyini zəiflətmək məqsədi daşıyır”.

Fərda Uğur