İran dünən Yunanıstanda da terror törətməyə cəhd göstərib. Afinada İrana işləyən 2 pakistanlı həbs olunub.
Tribunainfo.az xəbər verir ki, Yunanıstan mətbuatı bu gün “Greece Uncovers Terrorist Plot; Israel Points Finger At Iran” (Yunanıstan terror planının üstünü açır; İsrail barmağını İrana tuşlayır) adlı xəbər yayıb. Məlumatda deyilir ki, Yunanıstan bəyan edib ki, onlar Afinadakı yəhudi restoranını hədəf alan 2 pakistanlını həbs ediblər. Anti-terror polisinin dünən yaxaladığı şəxslər bildiriblər ki, onlar göstərişi İrandan alıblar. Bu insidentə görə İsrail İranı ittiham edib.
İsrailin kəşfiyyat orqanı “Mossad” bəyan edib ki, Yunanıstandakı əməliyyatın bir çox ölkədə İrandan idarə olunan geniş şəbəkənin bir hissəsi olduğu üzə çıxıb.
İsrailin baş naziri Benyamin Netanyahunun ofisi də oxşar bəyanatla çıxış edib.