İran, yoxsa İsrail güclüdür? – Rəybackend

İran, yoxsa İsrail güclüdür? – Rəy

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran və İsrailin orduları nə qədər güclüdür? İran və İsrailin nə qədər hərbi qulluqçusu, tankı və döyüş təyyarəsi var?

Tribunainfo.az-a bu barədə açıqlama verən politoloq Elşən Manafov bildirib ki, İran hərbi kontingentinin sayı, tanklar, toplar və raketlərin umumi həcminə görə dünyanın 17-ci gücüdür.

Politoloqun sözlərinə görə, onun ordusunun ümumi sayı 2023-cü ilə görə 610 min nəfər, ehtiyatda olan qüvvələrinin sayı 350 min nəfər olmuşdur.

“İsrail bu parametrlərinə görə dünyanın 27-ci hərbi gücüdür. Hərbi kontingent 170 minə yaxın, ehtiyatda olan qüvvələr isə 510 minə yaxındır. Lakin İran özünün demoqrafik göstəricilərinə görə İsraillə müqayisəyə gəlməyəcək dərəcədə üstündür. 80 milyona yaxın əhalisi var. İsrailin əhalisi isə bu il 9 milyonluq həddi keçib.
İsrail ordusunun döyüş təcrübəsi üstündür. Bu dövlət yarandığı andan ərəb dövlətləri ilə bir neçə dəfə müharibə aparıb. İran sonuncu dəfə 1980-1988-ci illərdə İraqla 8 il döyüşüb”.

Dəniz Pənahova