ABŞ Prezidenti Donald Tramp İsrail parlamentin çıxışı zamanı İranla mümkün sülh razılaşması barədə danışıb.
O, İranla razılaşmanın “əla” olacağını bildirib və Tehranın artıq münaqişələrdən yorulduğunu düşündüyünü deyib.
“Düşünürəm ki, sülh istəyirlər, məncə yorulublar… Onlar sağ qalmaq niyyətindədirlər. İstədikləri son şey geri qayıdıb yenicə dağıdılan dağlarda çuxurlar qazmaqdır”, – deyə Tramp vurğulayıb.
Tramp çıxışı zamanı İranla sülh razılaşmasını dəstəklədiyini bəyan etsə də, deyib ki, ilk növbədə Rusiyaya diqqət yetirmək fikrindədir.
“Biz onlarla (İran) sülh sazişi bağlaya bilsək, çox gözəl olardı. Amma əvvəlcə Rusiya ilə məsələni həll etməliyik”, – deyə o, əlavə edib.