İran İslam İnqilabı Keşikçiləri Korpusu ölkədə istehsal olunan “Horamşəhr” yeni ballistik raketi sınaqdan keçirib.
İran İslam İnqilabı Keşikçiləri Korpusu ölkədə istehsal olunan “Horamşəhr” yeni ballistik raketi sınaqdan keçirib.
TİA.AZ-ın məlumatına görə, bu barədə “Tasnim” agentliyi xəbər verib.
Məlumata əsasən, bir neçə döyüş başlığını daşıyan raketin uçuş məsafəsi iki min kilometr təşkil edir.
Qeyd edək ki, ballistik raket sentyabrın 22-də Tehranda keçirilmiş hərbi paradda təqdim olunub. İlin əvvəlində İran “Fateh-110” və “Hormuz-2” ballistik raketlərini sınaqdan keçirib.