İran Zəngəzur dəhlizi məsələsində israrına davam edir. Tribunainfo.az xəbər verir ki, növbəti dəfə daha bir Tehran rəsmisi bu barədə danışıb.
İranın birinci vitse-prezidenti Məhəmməd Rza Aref Rusiyanın baş naziri Mixail Mişustinlə görüşündə deyib ki, regional sərhədlərdə və geosiyasətdə istənilən dəyişiklik bölgədən kənarda olan aktorlar tərəfindən gərginliyə və sui-istifadələrə səbəb olacaq. “Zəngəzur və Şimal-Cənub dəhlizi ilə bağlı məsələlər ətrafında daha çox müzakirələr aparmaq lazımdır”.