Son günlər Azərbaycanın Qəzza bölgəsində beynəlxalq sülhyaratma missiyasında iştirak edəcəyinə dair çeşidli xəbərlər yayılır. Tribunainfo.az xəbər verir ki, rəsmi Bakı hələlik bu mövzuda heç bir aşıqlama verməyib.
Lakin İran mediası dayanmadan Bakının bu prosesdə iştirakını hədəfə almağa çalışır. Elə bu səbəbdəndir ki, bir neçə gündə bu mövzuda Azərbaycan əleyhinə xeyli çıxışlar diqqəti çəkir.
Tribunainfo az bildirir ki, həmin çıxışçılardan biri də anti-Azərbaycan qrupunun ən fəal üzvlərindən olan Ehsan Mövəhdiyandır. O, ötən gün “Mehr” Agentliyinə yazdığı məqaləsində Azərbaycanın İsraillə yaxın olması, habelə Qəəzadakı sülyaratma missyasındakı rolla bağlı birmənalı olaraq böhtan danışıb. O iddia edib ki, İsrail Azərbaycan sülhməramlılarından guya, Qəzzadda Həması tərksilah etmək üçün istifadə edəcək. “Azərbaycan İngiltərə və Türkiyə ilə əməkdaşlıq edərək Qafqaz regionunda baş verən münaqişələrdən sonra sabitliyin bərpası və bərqərar olması təcrübəsi qazanıb. İsrail Qəzzada bu təcrübədən bəhrələnməyə ümid edir. Bu nöqteyi-nəzərdən Azərbaycanın mövcudluğu sionistlərin əməliyyat imkanlarının yaxşılaşdırılmasına kömək edə bilər”.
Mövəhdiyan ağlıyca Azərbaycanla Türkiyə arasında münasibətləri korlaya biləcəyini düşünərək, səfsəfədən istifadə edib. O iddia edib ki, İsrail Türkiyənin Qəzzada olmasını istəmir və Fələstin məsələsindən uzaq tutmağa çalışır. “Onu Azərbaycanla əvəz edərək, Türkiyəni prosesdən kənarlaşdırmağı planlaşdırır”.
İranlı ekspert daha sonra Azərbaycan sülhməramlılarının Qəzzaya getməsinə ölkələrin reaksiyasını da “müəyyən” edib. O bildirib ki, guya, Türkiyə bu məsələdə Azərbaycandan narazı qalacaq. “İran, şübhəsiz ki, Bakı ilə Təl-Əviv arasında artan yaxınlaşmanı özü üçün müəyyən təhlükə hesab edir. Buna görə də İranın nöqteyi-nəzərindən Azərbaycan sionistlərin Qəzzadakı missiyasında birbaşa əməkdaşlıq edərsə, bu, Azərbaycanın İsrailə yaxınlaşmasından başqa bir şey ifadə etməyəcək. Lakin İranın bu hərəkətə reaksiyası diqqətli qiymətləndirmələrdən sonra veriləcək. Tehran buna lazımi vaxt və səviyyədə cavab vermək üçün Azərbaycanın iştirakının intensivliyini diqqətlə qiymətləndirəcək”.
P.S. Bu savadsız hələ də anlamır ki, Qəzzada sülhyaratma missiyasında təkcə Azərbaycan yox, dünyanın bir çox ölkələri də iştirak edəcək. Eyni zamanda, Azərbaycan sülhməramlı missiyası buna qədər İraq və Əfqanıstanda da uğurlu şəkildə xidmət edib. Orada heç bir qüvvəninin əlində alətə çevrilməyib. Əksinə, olduğu yerdə dinc sakinlərin əsas himayədarı kimi çıxış edib.
Fərda Uğur










