İranda Zəngəzur dəhlizi ətrafında müzakirələr davam edir.
Tribunainfo.az xəbər verir ki, hər gün Tehran rəsmiləri bu mövzuda hansısa açıqlamalar verirlər.
Dünən bu açıqlamalardan ikisi İran XİN-dən gəlib. Nazirliyin mətbuat katibi İsmayıl Bəqayi bildirib ki, ölkəsi Azərbaycan və Ermənistan arasında sülh sazişindən narahat deyil. Əksinə, onu təqdir etdilərini bildirib.
Lakin o, Zəngəzur dəhlizi məsələsi ilə bağlı suala cavab olaraq deyib ki, bəzi məsələlərdə İran razı salınıb. “Bizi əmin ediblər ki, bölgəyə heç bir xarici silahlı qüvvə yerləşdirilməyəcək”.
Digər açıqlama isə İranın XİN başçısı Abbas Əraqçidan gəlib. O, “Biz Qafqazda geosiyasi dəyişiklikləri qəbul etmirik” deyə, bildirib.
Fərda Uğur