İran XİN: “Bakı ilə İrəvan arasında sülh sazişi tezliklə bağlanmalıdır”

İran XİN: “Bakı ilə İrəvan arasında sülh sazişi tezliklə bağlanmalıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran XİN-in mətbuat katibi İsmayıl Bəqayi Azərbaycan və Ermənistan haqqında növbəti açıqlama verib.

Tribunainfo.az xəbər verir ki, o, iki ölkə arasında sülh sazişinin tez bir zamanda bağlanmasını vacib sayıb.

Bəqayi qeyd edib ki, İran Azərbaycan və Ermənistanı sülh sazişini yekunlaşdırmağa çağırır. “İranın Cənubi Qafqazla bağlı mövqeyi dəyişməyib və bu yanaşma iki əsas istiqamətə – sülh və tranzit məsələlərinə əsaslanır. İran daim Azərbaycan və Ermənistan arasında mübahisələrin sülh yolu ilə həllinin tərəfdarı olub və bu məqsədlə sülh sazişinin imzalanmasının zəruriliyini önə çəkib”.

Nazirliyin rəsmisi deyib ki, Tehran regional nəqliyyat və tranzit marşrutlarının yaradılması və inkişafını da dəstəkləyir. “Cənubi Qafqazda gedən son proseslərdə regiondankənar aktorların iştirakına dair yayılan məlumatlar narahatlıq doğurur və İran bu müdaxilələri regionun təhlükəsizlik və inkişafı maraqlarına zidd hesab edir”.

Fərda Uğur