İranda yenidən nüvə proqramı məsələsi aktuallaşıb.
Tribunainfo.az xəbər verir ki, bununla bağlı İranın prezidenti Məsud Pezeşkian açıqlama verib.
O bildirib ki, 12 günlük müharibə zamanı sıradan çıxarılmış Atom Elektrik Stansiyaları və nüvə bazalarını bərpa edəcəklər. Onun sözlərinə görə, bununla bağlı artıq ilkin addımların atılmasına başlanılıb.
Bu əsnadda məlum olub ki, İran Rusiya ilə birlikdə daha 8 AES tikməyə hazırlaşır. Bununla bağlı Tehran və Moskva arasında ilkin razılaşma da əldə olunub.
Tribunainfo.az xəbər verir ki, İranın Məhkəmə-Ədliyyə Sisteminin İnsan Haqları Qərargahının keçmiş katibi Cavad Laricani isə nüvə silahı hazırlamaq məsələsinə toxunub. “Ölkə texniki baxımdan iki həftədən az müddətdə nüvə bombası istehsal edə biləcək potensiala malikdir. Lakin ali rəhbərin bunu qadağan edən fətvası belə bir addıma mane olur”.
İran Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami isə bəyan edib ki, Xəzər dənizinin sahilində AES inşa etməyə hazırlaşırlar. “Yaxın günlərdə Gülistan vilayətinin Xəzər dənizi sahilində AES tikintisinə başlayacağıq. Hazırda müvafiq torpaq sahəsi axtarırıq”.










