İran yaxın günlərdə iki esminesini istifadəyə verəcək. Tribunainfo.az xəbər verir ki, bu barədə SEPAH-ın Dəniz Qüvvələri komanadanı Şəhram İrani açıqlama yayıb.
O bildirib ki, “Zaqros” və “Səhənd” kəşfiyyat-döyüş esmineslərini yaxın günlərdə ordunun ixtiyarına veriləcək.
Açıqlamadan məlum olub ki, “Səhənd” esminesi yalnız Xəzər dənizində istifadə olunacaq. Qeyd edilir ki, kəşfiyyat-döyüş gəmisi olması səbəbindən “Səhənd” bir sıra avadanlıq və cihazlarla təhciz edilib.