İran Xəzər mövzusunu niyə gündəmə gətirdi…backend

İran Xəzər mövzusunu niyə gündəmə gətirdi…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran tərəfi bir neçə gündür Xəzər dənizi məsələsi ilə bağlı sistemli açıqlamalar verməkdədir. Tribunainfo.az xəbər verir ki, əsas mövzu dənizin çirklənməsi və su səviyyəsinin aşağ düşməsidir.
Tehran tərəfi qeyd edir ki, dənizin quruması prosesi uzun zamandır davam edir və bu məsələdə Xəzəryani ölkələr çox diqqətli olmalıdırlar. Dünən isə İran Meteorologiya Təşkilatının Hava Risklərinin Proqnozlaşdırılması və Böhran Vəziyyətlərində İdarəetmə Milli Mərkəzinin rəhbəri Sadiq Ziyaian açıqlamasında bildirib ki, sahilyanı ölkələrdən Xəzər dənizinə daxil olan suyun azalması dəniz səviyyəsini aşağı salacaq. “Xəzər dənizinin quruması və iqlim dəyişikliyi ilə bağlı narahatlıqlar mühüm məsələdir. Qonşu ölkələr bu məsələdə birgə addımlar atmalıdır”.
Qeyd edək ki, İran son zamanlar Xəzər hövzəsində hərbi baxımdan bir xeyli fəallaşıb. Bu fonda Tehran qısa müddətdə dənizə iki hərbi gəmi buraxıb. Sonuncu “Səhənd” gəmisi isə iki həftə hövzədə hərbi xidmətə başlayıb.
Bundan başqa, COP29 dönəmində gündəmə gətirilən bu məsələ İranın bir sıra məsuliyyətdən yaxasını kənara çəkmək cəhdidir. Xəzərin əsas su mənbəyi Volqa çayıdır ki, onun üzərində xeyli sayda bəndlər inşa edilib. Bundan başqa, Azərbaycan heç bir iri çayın üzərində bəndlər qurmayıb və bununla da Xəzərə tökülən çayların axınına mane olmayıb. Amma İran üçün bunu demək mümkün deyil. Çünki Bozquş, Talış dağları və digər yüksəkliklərdən Xəzərə axan çayların əksəriyyətinin üzərində İran ya su bəndi, ya da SES inşa edib. Bu da Xəzərə axan suyun həcminin ciddi şəkildə azalmasına səbəb olub.
Amma görünən odur ki, İran bunu görməzdən gələrək, yaxasını kənara çəkməyə çalışır. Ona görə də, müxtəlif bəhanələrlə digər sahil olkələrini “hədəf” göstərməyə çalışır.