Adı açıqlanmayan İranın yüksək rütbəli təhlükəsizlik rəsmisi “Reuters”ə müsahibəsində Qəzzada atəşkəs danışıqlarının nəticə vermədiyi halda İranın İsrailə hücum edəcəyi barədə xəbərdarlıq edib.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı “Azad İran” telegram kanalı yayıb.
İran rəsmisi bildirib ki, İsrailin baş naziri Benyamin Netanyahu hökumətinin HƏMAS qruplaşması ilə danışıqları gecikdirdiyi aydınlaşarsa, İran və onun müttəfiqləri, o cümlədən “Hizbullah” İsrailə birbaşa hücuma keçəcək.
İranın daha üç rəsmisi açıqlamasında qeyd edib ki, yalnız İsrail və HƏMAS-ın atəşkəs razılaşması əldə etməsi İranı İsrailə birbaşa hücumdan çəkindirə bilər.