“İran və Rusiya olmasa, müharibə başlaya bilər”backend

“İran və Rusiya olmasa, müharibə başlaya bilər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan daim yeni tələblər irəli sürəcək. Çünki Ermənistanda oturanlar marionetdirlər”.

Tribunainfo.az xəbər verir ki, bu sözləri erməni hərbi ekspert Davit Camalyan deyib.

Onun sözlərinə görə, Nikol Paşinyan üçün bütün tələbləri bir anda qəbul etmək çətindir. “Lakin o, hakimiyyətini yüksək səviyyədə saxlamağı bacarır”.

Camalayan iddia edir ki, əgər İran və Rusiya faktoru olmasa, hər saniyə yenidən müharibə başlaya bilər. “Azərbaycanı hazırda bu iki faktor çəkindirir. Əks təqdirdə, Azərbaycan çoxdan Ermənistana hücum etmişdi”.

P.S. Ermənilərin “Azərbaycan hücum edəcək” isterikası başa düşülən deyil. Ona görə ki, Azərbaycan heç bir ölkə ilə hərbi münaqişəyə girmək fikrində və arzusunda deyil. Əksinə, bölgədə sülhün əldə olunması üçün çalışan əsas ölkələrdən biridir. Belə olan halda ermənilərdəki bu isterikanı başa düşmək olmur. Görünür, bununla hansısa dairələrdə rəy yaradaraq, Azərbaycan əleyhinə bu təbliğatdan istifadə etməyi düşünürlər.