İran və Rusiyanın yüksək səviyyəli nümayəndə heyətləri əvvəlki ikitərəfli razılaşmaların həyata keçirilməsini sürətləndirmək və müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsi üçün bir sıra təşəbbüslər barədə danışıblar.
Tribunainfo.az Mehrnews-a istinadən xəbər verir ki, İran prezidenti İbrahim Rəisi ilə rusiyalı həmkarı Vladimir Putin arasında Moskvada keçirilən ikitərəfli görüşdən sonra iki ölkənin yüksək səviyyəli iqtisadi və siyasi nümayəndə heyətləri qarşılıqlı maraq doğuran məsələlər barədə danışıblar.
Qeyd edək ki, iclasda İranın xarici işlər naziri, yollar və şəhərsalma naziri, neft naziri, İranın Atom Enerjisi Təşkilatının rəhbəri, İran Mərkəzi Bankının rəhbəri və onların rusiyalı həmkarları iştirak ediblər.