İran və Kuba yeddi əməkdaşlıq sənədi və anlaşma memorandumu imzalayıb.
Tribunainfo.az Mehrnews-a istinadən xəbər verir ki, İran prezidenti İbrahim Rəisi və kubalı həmkarı Migel Diaz-Kanel iki ölkə arasında strateji və ikitərəfli münasibətlərin dərinləşdirilməsinə dair birgə bəyanat imzalayıblar.
İran və Kubanın yüksək rütbəli rəsmiləri həmçinin elm və texnologiya, səhiyyə, kənd təsərrüfatı, enerji və mədənçilik, rabitə və tibb kimi müxtəlif sahələrdə əməkdaşlıq haqqında 7 memorandum və sənəd imzalayıblar.
Qeyd edək ki, Kuba prezidenti Tehrana İranın yüksək səviyyəli rəsmiləri ilə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı danışıqlar aparmaq üçün gəlib. Bu, Kuba liderinin son 23 ildə İrana ilk səfəridir.