İran prezidenti İbrahim Rəisinin rəsmi səfərdə olduğu Kubada keçirilən görüşlərdən sonra iki ölkə arasında 6 əməkdaşlıq müqaviləsi imzalanıb.
Tribunainfo.az Haber Global-a istinadən xəbər verir ki, Rəisini Kuba Prezidenti Migel Diaz Kanel İnqilab Sarayının bağında dövlət mərasimi ilə qarşılayıb.
Liderlər daha sonra Kuba və İran iş adamlarının iştirakı ilə keçirilən “ İran -Kuba İqtisadi Forumu”na qatılıblar.
İnqilab sarayında təkbətək və nümayəndə heyətləri arasında keçirilən görüşlərdən sonra imzalanma mərasimində iki ölkə arasında ticarətin inkişafı məqsədi ilə 6 əməkdaşlıq müqaviləsi imzalanıb.