İran və İsrail oyun oynayır – EKSPERT

İran və İsrail oyun oynayır – EKSPERT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran İsrailə qarşı növbəti hücumunun daha kəskin olacağını açıqlayıb. Teatral oyuna bənzəyən iki ölkənin hər dəfə hücumlardan öncə bir-birilərinə xəbər verməsi kənardan planlaşdırılmış oyuna bənzəyir. Silah, güc nümayiş edirlər.
Bəs gerçəkdə bu kimin oyunudur? Amerikanın yoxsa… Nəticə nə ilə yekunlaşa bilər?

Tribunainfo.az-a açıqlama verən hərbi ekspert Elxan Şıxaliyev bildirib ki, İran-İsrail münasibətləri, hava hücumundan zərbələrin endirilməsi üzərindən indi İsrailin İrana hava zərbələri endirəcəyi mərhələsindədir.

Ekspertin sözlərinə görə, İran rəsmiləri də bunu gizlətmir. Xüsusən də İranın prezidenti səsləndirdi ki, bizim bu dəfə İsrailə edəcəyimiz zərbə çox ağır olacaq.

“İstənilən halda İran və İsrailin bu hava zərbələrinin öncədən birinin digərinə xəbərdarlığı üzərindən həyata keçirmələri onu göstərir ki, sanki gizli bir razılaşmalar var. Nəticəyə görə də ehtimallar bunu göstərir. Yəni İran xəbərdarlıq edəndən sonra zərbələr endirir, İsrail də hava hücumundan müdafiə sistemlərini tam hazırlıq vəziyyətinə gətirir. Nəticədə 200-ə yaxın raket buraxmasının sahədəki İsrailə verdiyi itkilər adekvat olmur. Eyni zamanda İsrail də İranı xəbərdar edir.

Bu səbəbdən adətən dövlətlər bir-birinə hər hansı bir müharibə elanı yaxud hərbi əməliyyatları həyata keçirəcəksə öncədən xəbərdar etməzlər. Maksimum gizli şəkildə həyata keçirilməlidir.
Nəticədə hər hansı iki dövlət müharibə vəziyyətində olanda hərbçilərin ayağı əraziyə dəymirsə orada hərbi üstünlükdən danışmaq olmur. İran və İsrailin qarşılıqlı zərbələrinin ölkələrə hər hansı bir səviyyədə ciddi təhlükə yaradacağını düşünmürəm. İsrailin bu gün üçün problemi Livanda və Qəzza bölgəsində siyasi və hərbi hədəflərini yerinə yetirməkdir”.

 

Dəniz Pənahova