İran və İsrail: Əllər tətikdəbackend

İran və İsrail: Əllər tətikdə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran-İsrail gərginliyi pik həddə olmaqla yanaşı, hər iki tərəf prosesə ciddi şəkildə hazırlaşır. Tribunainfo.az xəbər verir ki, Təl Əviv Tehrana hücumla bağlı təlimlərini yekunlaşdırmağa başlayıb.

İran isə özünü müdafiə etmək üçün bütün ordusunu hazırlıq vəziyyətinə gətirib. Dünən İran Hərbi Hava Qüvvələri Komandanlığı bəyan edib ki, ölkənin bütün hava sahəsi hörmüçək toru kimi bağlanıb. “Buradan nə bir təyyarə, nə də PUA keçə bilər. Bütün hədəflər vurulacaq”.

Dünən Tehranda cümə namazına imamlıq edən ayətullah Əhməd Hatəmi isə bəyan edib ki, əgər İsrail səhv etsə və İrana hücum edərsə, “Sadiq Vəd 3” əməliyyatı onları məhv edəcək.

Daha bir təhdid isə Məşhəddən seçilmiş deputat Meişam Zuhiriandan gəlib. O,  “İran Watch” saytına deyib ki. İranın dini lideri Əli Xamineyi nüvə silahı ilə bağlı fətvasına yenidən baxa bilər. Deputat qeyd edib ki, fətva qaydalara və dövrə görə dəyişə bilər.

Bu əsnada, ABŞ Mərkəzi Komandanlığı Almaniyadakı F-16 qırıcı eskadrilyasını Yaxın Şərqə göndərib.

İsraildən gələn xəbərlər isə ondan ibarətdir ki, bütün ordu hücum əmri gözləyir. Təl Əvibdəki mənbələr hər an hər şeyin baş verəcəyini istisna etmirlər.