İRAN VƏ ERMƏNİSTANIN DAHA BİR ARZUSU ÜRƏYİNDƏ QALDI…backend

İRAN VƏ ERMƏNİSTANIN DAHA BİR ARZUSU ÜRƏYİNDƏ QALDI…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xankəndidə ermənilərin silahlanması arzusu da suya düşdü. İrana Gorus-Qafan yolundan sonra Gorus-Xankəndi yolunda da “tıxac” vuruldu.

Tribunainfo.az xəbər verir ki, bu fikirlərlə qazi jurnalist Aqşin Kərimov çıxış edib. O bildirib ki, İran mübhəm və sirli şəxsləri Xankəndinə göndərə bilməyəcək:

“Gömrük postu o deməkdir ki, Laçından Azərbaycanın digər ərazilərinə gedib-gələnlərin pasportlarına möhür vurulacaq. Qondarma qurumun pasportları etibarsız sayılacaq. Beləliklə, Laçın yolundakı yoxlama Qarabağ ermənilərinin Azərbaycan ictimai-siyasi həyatına inteqrasiyasına şərait yaradacaq. Əks halda, onlar Azərbaycan torpaqlarına “vida” deyərək gedə bilər. Bu da olmasa, Azərbaycanın cinayət qanunvericiliyinin tələbləri ilə antiterror əməliyyatları aparması üçün şərtlər asanlaşacaq!”.

Nigar