İRAN VƏ ABŞ DANIŞIQLARA BAŞLADI – TƏCİLİ

İRAN VƏ ABŞ DANIŞIQLARA BAŞLADI – TƏCİLİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran və ABŞ Omanda Tehrana qarşı sanksiyaların ləğvi üçün danışıqlar aparır.

Tribunainfo.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi məlumat verib.

Eyni zamanda, Nasser Kanani Vaşinqton-Tehran danışıqlarının məqsədinin İranın nüvə proqramı ilə bağlı yeni müvəqqəti sazişin bağlanması ilə bağlı şayiələri təkzib edib. “İran tərəfi yalnız Birgə Hərtərəfli Fəaliyyət Planı üzrə məsləhətləşmələr aparmaq niyyətindədir”, – deyə Kənani izah edib.

Qeyd edək ki, Birgə Hərtərəfli Fəaliyyət Planı 2015-ci ildə Böyük Britaniya, Almaniya, Çin, Rusiya, ABŞ, Fransa və İran arasında imzalanıb.

Sənədə əsasən, İranın nüvə proqramını məhdudlaşdırmaq müqabilində Tehrana qarşı sanksiyalar ləğv edilməlidir. 2018-ci ildə isə ABŞ-ın keçmiş prezidenti Donald Tramp proqramdan geri çəkilərək yeni gərginlik dalğasına səbəb oldu. Co Bayden razılaşmaya qayıtmağa hazır olduğunu açıqladı. İndi tərəflər arasında müntəzəm müzakirələr gedir.