İran üçün “qırmızı xətt” yoxdur, maraqları var – erməni iş adamıbackend

İran üçün “qırmızı xətt” yoxdur, maraqları var – erməni iş adamı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranla geniş biznes əlaqələrinə malik erməni biznesmen yerli mediaya maraqlı açıqlama verib. Tribunainfo.az xəbər verir ki, biznesmen Harutyun Mnatsakanyan İranla münasibətləri çox da ciddiyə alınmasına qarşı olduğunu deyir.
O bildirib ki, İran bir dövlət olaraq Ermənistanın nə dostu, nə də düşmənidir. “Biz yetkinlik yaşında olan adamlar deyilik. Yetkinlik yaşında olan adamlar tərəf tutarlar, fanatikcəsinə bağlanarlar. İrana da bu səpkidə yanaşmaq lazımdır. İran sırf öz maraqları naminə hərəkət edir və edəcək”.
Erməni biznesmen onu da deyib ki, İranın bu gün Zəngəzur dəhlizinin əleyhinə çıxması da maraqlarından irəli gəlir. “Amma sabah “qırmızı xətt”indən də çəkiləcək”.