İranın paytaxtı Tehran şəhərində “Tramp Karikatura Müsabiqəsi” yarışması start götürüb.
İranın paytaxtı Tehran şəhərində “Tramp Karikatura Müsabiqəsi” yarışması start götürüb.
Kult.az İndependent nəşrinə istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın məsxərəyə qoyulduğu bu sərgiyə dünyanın 75 ölkəsindən 600-a yaxın iştirakçı qoşulub.
Mədəniyyət mərkəzində keçirilən sərginin qalibi İran vətəndaşı Hadi Əsədi olub, ikinci və üçüncü yerləri isə ispaniyalı Jakvin Aldequr və braziliyalı Eduardo Baptistao qazanıb.
Verilən məlumata görə, sərginin əsas mövzuları “Tramp və qadınların alçaldılması”, “Tramp və Tvitter”, “Tramp və irqçilik”, “Tramp və mətbuat”, “Tramp və köç” olub.