“İran xalqı heç bir təhdiddən qorxmur”.
“İran xalqı heç bir təhdiddən qorxmur”.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu İranın ali dini lideri Ayətullah Seyid Əli Xamenei deyib.
“30 ildir ABŞ hakimiyyətinin siyasi, iqtisadi, əxlaqi və ictimai pozğunluqları haqqında dediklərimizi bu cənab (Tramp-red)həm seçkilər dövründə, həm də seçkilərdən sonra açıq şəkildə göstərib”.
Ayətullah Seyid Əli Xamenei ABŞ-ın yeni prezidenti D. Trampın “Obamaya təşəkkür edin” sözlərinə cavabımda deyib: “Nəyə görə təşəkkür etməliyik? İrana qarşı sanksiyalar tətbiq etdiyinə ya İŞİD-ə görə? Bəlkə İraq və Suriyanı alovlandırdığına görə? Yoxsa 2009-cu il prezident seçkilərində fitnəkarları dəstəklədiyinə görə? Məhz Obama İran xalqını iflic etmək məqsədi ilə sanksiyaları tətbiq etdi. Əlbəttə ki, o, istəyinə çatmadı. Heç bir düşmən İran xalqını iflic edə bilməz”, – deyə o vurğulayıb.