İsrail və İran arasında davam edən gərginliyə dünən daha biri əlavə olunub. Tribunainfo.az xəbər verir ki, İsrail ordusu dünən Gəzzada HƏMAS-ın yeni seçilmiş lideri Yunis Sənvarı öldürdüyünü açıqlayıb.
İranın birmənalı olaraq dəstəklədiyi və davamlı olaraq silah verdiyi HƏMAS-ın yeni liderinin öldürülməsi İsrail tərəfindən təsdiqlənsə də, Tehran hələ ki, susur. Amma buna baxmayaraq, buna adekvat cavab verəcəklərini də şərtləndirəcək.
Bu əsnada, SEPAH-ın komandanı Hüseyn Səlami bəyan edib ki, İsrailə son raket zərbələri xırda xəbərdarlıq məqsədi daşıyıb. “Bu başlanğıc və xırda xəbərdarlıqıdır. Əgər İsrail hücum edərsə, daha ağır forması ilə qarşılaşacaq”.
İrana bağlı “Hizbullah” isə İsraili növbəti dəfə hədələyib. Hətta “sürprizlərə” hazır olması çağırışında bulunub. Hərəkatın rəhbərlərindən olan Qasim Naim bəyan edib ki, tezliklə çox şiddətli cəzalandırma prosesi başlayacaq.
Tribunainfo.az xəbər verir ki, bu əsnada “Washington Post” qəzeti İsrail ordusundakı mənbələrə istinadən başqa bir xəbər yayıb. “İsrail yaxın gələcəkdə İrana hücum edə bilər. Lakin hücumun hədəfində hansı obyektlər olacağı hələ dəqiqləşdirilməyib. Amma hücum yaxın günlərdə baş verəcək”.