Əgər Ər-Riyad bizə qarşı düşünmədən hərəkət etsə, o zaman İran Məkkə və Mədinədən başqa Səudiyyə Ərəbistanının bütün ərazisini məhv edəcək.
Əgər Ər-Riyad bizə qarşı düşünmədən hərəkət etsə, o zaman İran Məkkə və Mədinədən başqa Səudiyyə Ərəbistanının bütün ərazisini məhv edəcək.
TİA.AZ xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İran Müdafiə naziri Hüseyn Dehqan söyləyib.
“Biz onlara ağıllı olmağı məsləhət görürük. Əgər Ər-Riyad bizə qarşı düşünmədən hərəkət etsə, o zaman İran Məkkə və Mədinədən başqa Səudiyyə Ərəbistanının bütün ərazisini məhv edəcək”, – deyə o bildirib.
Qeyd edək ki, bundan öncə Səudiyyə Ərəbistanının ikinci vəliəhdi Məhəmməd ben Salman İran ərazisində savaş başlatmaq iqtidarında olduqlarını bildirib.