İran səfirini göynədən nədir? – İsrail silahı ilə erməni işğalçılarının məhvinə göz yaşı tökür…

İran səfirini göynədən nədir? – İsrail silahı ilə erməni işğalçılarının məhvinə göz yaşı tökür…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın Ermənistandakı səfiri Mehdi Sobhaninin son 1 ayda açıqlamaları Bakı və Tehran arasında hazırda mülayimləşməyə gedən münasibətlərə xələl gətirir. İlin günün bu vaxtında hazırda Azərbaycanla İran arasında nəqliyyat-kommunikasiya və sərhədyanı ərazilərdə başladılan yeni əməkdaşlıq trendləri fonunda belə açıqlamaların məqsədi anlaşılan deyil. Ümumiyyətlə son 30 illik dövr ərzində Azərbaycana qarşı ən sərt mövqedən çıxış edən İranın məhz bugünkü XİN institutu yaxşı olardı ki, son illərdə harada uğur qazandığını götür-qoy eləsin.

Tribunainfo.az xəbər verir ki, bu fikirlərlə çıxış edən politoloq Zaur Məmmədovun sözlərinə görə, Azərbaycan özünə qarşı bütün olanlar qarşısında kifayət qədər dözüm və səbr nümayiş etdirərək bölgədə son qlobal çağırışlar fonunda Tehrana qarşı “düşmən” mövqedə olan Qərbə “Cənubi Qafqazdakı proseslərə müdaxilə etməyin, böldəgəki çağırışlar yalnız bölgə dövlətləri tərəfindən həllini tapmalıdır” çağırışını etdi. Əvəzində isə, qonşu dövlətin XİN institutu özünü nəinki eşitməzliyə qoydu və təşükkür belə etmədi, hətta səfirlər vasitəsilə köhnə ritorikanı davam etdirir:

“İran səfiri bildirib ki, “ikinci Qarabağ müharibəsində erməni əsgərləri İsrail silahı ilə öldürülüb”. Azərbaycanla dostluq münasibətlərində maraqlı olduğunu bəyan edən Abdullahiyan özünün Ermənistandakı səfirinin cəfəng açıqlamalarına niyə imkan verir? İran səfiri çıxışında separatçıların və işğalçı Ermənistan ordusunun üzvlərinin həlak olmasını faktiki olaraq faciə kimi qələmə verir. Düşünürəm burada artıq nəsə deməyə ehtiyac yoxdur!

Və ya , İranın Ermənistandakı səfiri çıxışında bu dövlətin Brüsseldə ABŞ və Aİ ilə əməkdaşlığı barədə pozitiv fikirlər səsləndirilir və İrəvanın iqtisadi imkanlarının artmasını dəstəklədiyini qeyd edir. Məgər İran həmişə Qərbin regiona siyasi və hərbi ekspansiyasına qarşı çıxmırdımı?

Deməli, sözdə Fələstində, Yaxın Şərqdə, daxili auditoriyası qarşısında Qərbi özünün düşməni kimi qələmə verən Tehran, lazım gəldikdə ABŞ ilə əməkdaşlığa hazırdır. İndiyə qədər bu əməkdaşlığın nəticələrini Yaxın Şərqdə dəfələrlə görən biz, bu dəfə Ermənistanda real politikanın gərçək üzünü gördük.

Azərbaycan-ABŞ, Azərbaycan-Aİ münasibətlərinə qıcıqla yanaşan dairələr unutmasınlar ki, onların qonşuluğunda müstəqil dövlət var və rəsmi Bakı xarici siyasət davranışı ilə bağlı lazım bildiyi davranışı bundan sonra da sərgiləyəcək. Ermənistan rəhbərliyinin addımını nəinki tənqid edən, hətta dəstəkləyən kəslər, Azərbaycanın da bu kimi addımlar atacağı təqdirdə səssizliyini qorusun”.

Roman