İran səfiri: “Zəngəzur dəhliz deyil, yol statusundadır”

İran səfiri: “Zəngəzur dəhliz deyil, yol statusundadır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın Ermənistandakı səfiri Mehdi Sübhani gedər ayaqda daha bir açıqlama verib. Tribunainfo.az xəbər verir ki, o, bu dəfə də bir az təhdid, bir az diplomatiya, bir az da bəhanələrdən danışıb.
O deyib ki, İran Ermənistanın təklif etdiyi “Sülhün kəsişməsi” layihəsini dəstəkləyir. “Çünki bütün ölkələr regionda mövcud nəqliyyat marşrutlarından istifadə edə biləcəklər”.
Sübhani bildirib ki, bu dəhliz region ölkələrinin rahatlıqla birləşdirə biləcək. “Əgər biz məsələyə qarşılıqlılıq prinsipi əsasında baxsaq və Naxçıvan Azərbaycanla əlaqə yarada bilərsə, o zaman Ermənistan qarşılıqlı şəkildə Yerasx və Culfa vasitəsilə İranla əlaqə yarada bilər”.
O daha sonra bir qədər də irəli gedərək, özünə aid olmayan işlərdən də bəhs edib. “Əgər azərbaycanlılar Ermənistan ərazisindən quru yolu ilə Azərbaycana çata bilsələr, eyni vəziyyət Ermənistan vətəndaşlarına da şamil edilməlidir”.
İran səfiri ölkəsi üçün aydın olmayan məsələlərin də olduğunu qeyd edib. Sübhani bildirib ki, bu qeyri-müəyyənliklərdən biri yolun operatorunun görəcəyi işlərdir. “Bu məsələ ilə bağlı təfərrüatlar hələlik aydın deyil. Aydın olmayan digər məsələ isə sərmayələri cəlb edəcək müştərək şirkətin yaradılması ilə bağlı müzakirələrə də aiddir”.
Bunun ardından səfir bir qədər də təhdid dilini işə salıb. O yenə “qızmızı xətt”lərdən, risklərdən bəhs edib. “Həmin layihənin bir hissəsi həyata keçirilsə, digər hissəsi həyata keçirilməsə, risk o olacaq. Yəni, yolların bir hissəsi istifadə olunacaq, digər hissəsi isə olmayacaq”.
Sübhani yekunda Zəngəzur dəhlizi məsələsinin yol və dəhliz olmasına da öz aləmində aydınlıq gətirib. “8 avqust müqavilələrində dəhliz anlayışı yoxdur. Orada yoldan bəhs olunur”.

Fərda Uğur