İranda yayınlanan “Kahabar Online” saytı Orta Dəhliz məsələsi ilə bağlı geniş məqalə dərc edib.
Tribunainfo.az xəbər verir ki, məqalədə bu dəhlizin üç qol üzərindən reallaşması iddia olunub.
Sayt yazıb ki, Orada dəhliz üç marşrut üzrə reallaşa bilər. Onlardan birinin Çin-Qazaxıstan-Xəzər-Azərbaycan-Türkiyə-Avropa Marşrutu (Trans-Xəzər Dəhlizi), ikincisinin Çin-Qırğızıstan-Özbəkistan-Avropa Marşrutu (CKU), üçüncüsünün isə Çin-Qazaxıstan-Türkmənistan-İran-Türkiyə-Avropa (KİTİ) xətti olduğunu qeyd edib.
Hər bir maşrut üzrə göstəriciləri qeyd edən sayt, yekunda İran üzərindən keçən marşrutun daha cəlbedici olduğunu iddia edib və onun reallaşacağını yazıb.
İşin qeyri-ciddi tərəfi odur ki, İran saytı Azərbaycan üzərindən keçən xətti “perspektivsiz və maneələrlə dolu” marşrut adlandırıb.
Fərda Uğur