İran Rusiyayla hərbi ittifaq yaratmağı rədd etdi

İran Rusiyayla hərbi ittifaq yaratmağı rədd etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tehran və Moskva Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsini imzalayaraq hərbi ittifaq yaratmaq niyyətində deyillər.

Tribunainfo.az T ASS-a istinadən xəbər verir ki, bu barədə İranın Xarici İşlər naziri Abbas Əraqçi bəyanat verib.

“Saziş təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı nəzərdə tutur, lakin hərbi ittifaq yaratmaq məqsədini güdmür”, – deyə İranın naziri Rusiya-İran əməkdaşlığının genişləndirilməsi haqqında danışarkən bildirib.

Əraqçi vurğulayıb ki, müqavilə üçüncü ölkələrə qarşı yönəlməyib və razılaşmanı imzalayan tərəflərin digər dövlətlərlə əməkdaşlıq etməsinə heç bir məhdudiyyət qoymur.