İran Rusiyadan biri 43 milyona SU-35 alırbackend

İran Rusiyadan biri 43 milyona SU-35 alır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya ilə İran arasında silah satışı ilə bağlı danışıqlar yekunlaşmaq üzrədir. Tribunainfo.az xəbər verir ki, bu barədə “Pelikan.media” saytı xəbər yayıb.
Həmin məlumatda deyilir ki, bu danışıqlarda Moskvanın Tehrana Su-35 təyyarələri və S-300 raketlərinin verməsindən söhbət gedir. Sayt iki ölkə arasında razılaşmanın yaxın günlərdə əldə olunacağını istisna etməyib.
Lakin bir xeyli müddət əvvəl İran Rusiyanı razılaşmaya əsasən S-300 Zenit-Raket Kompleksləri verməməkdə ittiham etmişdi. Tehran Kremlin sözünün üstündə durmadığını bildirmişdi.
Görünür, İsrailin İrana hücumundan sonra Moskva ciddi narahat olmağa başlayıb. Böyük ehtimalla həmin hücumlar zamanı İranın yerli istehsalı olan HMS-lərinin işə yaramadığı və növbəti hücumlar zamanı daha ciddi problemlər yaranacağını görən Rusiya, müttəfiqinin hava sahəsini bağlamaq üçün bu addımı atmaq qərarına gəlib.
İran mediası qeyd edib ki, Rusiyadan alınacaq bir ədəd SU-35 təyyarəsi üçün İrana 43 milyon dollar ödəyəcək. S-300 ZRK-ların qiyməti və sayı barədə isə məlumat verilmir.