İran mayın 2-də Hörmüz boğazındakı sualtı qayığından qanadlı raket buraxmağa cəhd göstərib.
İran mayın 2-də Hörmüz boğazındakı sualtı qayığından qanadlı raket buraxmağa cəhd göstərib.
TİA.AZ xəbər verir ki, bu barədə informasiyanı “Foks Nyus” televiziyası yayıb.
Raket buraxılışının uğursuz olduğu bildirilir. Tehran raket buraxılışını “Yono” tipli sualtı qayıqdan gerçəkləşdirmək istəyib.
Qeyd edək ki, İran fevralda sualtı qayıqdan raket buraxılışının uğurla həyata keçirildiyini açıqlamışdı.
Tehran bu il hərbi büdcəsini 145% artırıb.