İran uzun zamandır qonşuları ilə heç də xoş olmayan münasibətlərə sahibdir. Tribunainfo.az xəbər verir ki, çevrə ölkələrinin daxili işlərinə qarışan, hətta bəzi ölkələrdə çevrilişlər edərək, adamlarını hakimiyyətə gətirən Tehran, son olaylardan dolayı bir qədər yumuşalmış kimi görünür.
Elə bu səbəbdəndir ki, İran qonşusu olan ölkələrlə münasibətlərinə yenidən baxmasa da, korrektələr edəcək. Bu barədə danışan İranın XİN başçısı Abbas Əraqçi bəyan edib ki, prezident Məsud Pezeşkian qonşuluq siyasətini davam etdirəcək. “Yaxın vaxtlarda qonşularımızla münasibətlərin daha da genişləndirilməsi üçün addımlar atacağıq”.
O qeyd edib ki, keçmiş president İbrahim Rəsinin dövründə olduğu kimi, eyni templə də əlaqələr qurulacaq.