İran qəzeti: “Baki-İrəvan sülh razılaşması İrana qarşı deyil”

İran qəzeti: “Baki-İrəvan sülh razılaşması İrana qarşı deyil”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan və Ermənistan arasında imzalanacaq sülh sazişi İrana qarşı yönəlmiş addım deyil”.

Tribunainfo.az xəbər verir ki, bu fikirlər İranın “Həmmihən” qəzetində dərc olunmuş məqalədəndir.

Nəşr yazır ki, İrana qarşı olan nə sülh sazişidir, nə də regional proseslər. “Əsas problem, ölkə daxilindəki siyasət və yanaşmadır. Dünya dəyişir və İslam Respublikası bu proseslərə uyğunlaşmalıdır. Qərblə qarşıdurmadan əl çəkmək lazımdır. Hakimiyyətin zəifliyi və təhlükəsizlik yönümlü siyasəti İranı gərginlik və böhran şəraitində saxlayır. Çıxış yolu isə siyasi və iqtisadi islahatlardır”.

Fərda Uğur