İran Qətərə hücuma başladı, İraq da hədəfdədir – Yenilənib (VİDEO )

İran Qətərə hücuma başladı, İraq da hədəfdədir – Yenilənib (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran Qətərə hücum edir.

Tribunainfo.az  xəbər verir ki, bu barədə Teleqram kanalları məlumat yayıb.

Doha üzərində partlayış səsi barədə iddia var. İlkin məlumata görə 6 balistik raket atılıb.

İranın “Tasnim” xəbər agentliyinin məlumatına görə, ABŞ-nin İraq və Qətərdəki bazalarına qarşı “Qələbənin müjdəsi” adlı raket əməliyyatı başlayıb.

***

Ağ Evin yüksək rütbəli rəsmisi bildirib ki, Ağ Ev və ABŞ Müdafiə Nazirliyi Qətərdəki “Əl Udeid” hava bazası üçün potensial təhlükələrdən xəbərdardır və onları yaxından izləyir.

***

İraqın “Shafaq News” portalı xəbər verir ki, ABŞ-nin Bağdaddakı səfirliyi və İraqda ABŞ hərbçilərinin yerləşdiyi hərbi bazalarda yüksək hazırlıq rejimi elan edilib.

***

ABŞ-nin İraqdakı aviabazası yüksək hazırlıq vəziyyətinə gətirilib, personala bunkerlərə sığınmaq əmri verilib.