İran Qərblə danışıqları dayandırdı: “Məsələ bizim üçün bitib”

İran Qərblə danışıqları dayandırdı: “Məsələ bizim üçün bitib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tramp-Zelinski görüşündən sonnra dünyanın əksər ölkələri məsələyə münasibət bildiriblər. Tribunainfo.az xəbər verir ki, bu haddisə İran üçün də göydəndüşmə olub.

Belə ki, ABŞ-la danışıqları bir şəkildə reallaşdırmaq istəməyən molla rejiminin əlinə girəvə düşüb. Dünən İranın dini lideri Əli Xamineyi bu barədə açıqlama verərək, ABŞ və Avropanın güvənsiz tərəfdaş olduğunu bəyan edib. Özünün “X” platformasında Ukrayna dilində müraciət yayan Xamineyi deyib ki, dünya Ukrayna hadisəsindən dərs götürməlidir. “Ukraynadakı vəziyyətdən ilk dərs odur ki, Qərb hökumətlərinin onların marionetləri olan ölkələrə və hökumətlərə dəstək verməsi illüziyadır. Bütün hökumətlər bunu başa düşməlidir. ABŞ və Avropaya güvənən hökumətlər Ukraynadakı vəziyyətə diqqət yetirməlidirlər”.

Bu əsnada, İran prezidenti Məsud Pezeşkian bildirib ki, Qərblə aparılacaq danışıqları dayandırıblar. O deyib ki, “məsələ bizim üçün bitib”.