İran Qarabağa pul qoymaq istəyir?

İran Qarabağa pul qoymaq istəyir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın Azərbaycandakı keçmiş səfiri Möhsün Pakayin təklif edib ki, İran şirkətləri işğaldan azad edilmiş rayonlarımızın tikintisində iştirak etməlidir. Tribunainfo.az xəbər verir ki, keçmiş səfir bunun üçün bütün imkanların olduğunu deyib.
Onun sözlərinə görə, Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra bölgədə iri həcmli yenidənqurma işlərinə başlayıb. “İran işğaldan azad edilmiş Azərbaycan torpaqlarında yenidənqurma və tikiniti işlərində iştirak edə bilər. İşğaldan azad olunan 7 rayondan 4-ü İrana bitişikdir. Onları yenidən qurmaq mümkündür”.