İran prezidenti İbrahim Rəisinin Türkiyəyə bu günə planlaşdırılan rəsmi səfəri təxirə salınıb.
Tribunainfo.az xəbər verir ki, Tasnim agentliyinin verdiyi məlumata görə, o, başqa günə keçirilib.
Daha əvvəl bildirilmişdi ki, Rəisi səfər çərçivəsində türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
İki ölkə liderləri Qəzza zolağında davam edən Fələstin-İsrail müharibəsi və Yaxın Şərqlə bağlı digər mühüm məsələləri müzakirə edəcəklər.