İran prezidenti Məsud Pezeşkian Tasua günü Təbrizə qeyri-rəsmi səfərə gedərkən yolda qalıb.
Tribunainfo.az xəbər verir ki, buna səbəb onu aparan avtomobilin xarab olması olub.
Belə ki, Qəzvin şəhəri yaxınlığında İran prezidentini daşıyan maşın xarab olub. Məlum olub ki, səbəb avtomobilə vurulmuş benzinin keyfiyyətsiz olması və su qatışığının olmasıdır.
“İran İnternational” kanalı bu barədə yazıb ki, bu hadisədən sonra Pezeşkian geri dönməyib. O, Qəzvindən özünə taksi tutaraq,Təbrizə yola düşüb.
Məlumatı İran prezidentinin xüsusi baş müfəttişi Mustafa Molavi təsdiqləyib.
Fərda Uğur