İran prezidenti İsrailə xəbərdarlıq etdi

İran prezidenti İsrailə xəbərdarlıq etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran bəyan edib ki, İsrailin Dəməşqdəki konsulluq binasına hücumuna cavab verəcək.

Tribunainfo.az Euronews-a istinadən xəbər verir ki, İran prezidenti İbrahim Rəisi İsrailin Suriyanın paytaxtı Dəməşqdəki İran konsulluğunun binasına təşkil etdiyi hava hücumuna cavab verəcəklərini bildirib.

Rəis deyib: “Müqavimət cəbhəsinin iradəsini məhv edə bilməyən sionist rejim (İsrail) özünü xilas etmək üçün yenidən kor-koranə sui-qəsdləri gündəmə gətirdi. Bilməlidir ki, heç vaxt öz məqsədlərinə çatmayacaq və bu qorxaq cinayətə də nail olmayacaq”.