İran prezidenti helikopter qəzasından sağ çıxsaydı…

İran prezidenti helikopter qəzasından sağ çıxsaydı…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Helikopter qəzasında həlak olan İran prezidentinin son çıxışı Azərbaycan-İran münasibətlərini daha da yaxşılaşdırmaq və bu yaxınlaşmanı kimsənin poza bilməyəcəyi barədə idi. Ümid edirik, Seyid İbrahim Rəisinin Azərbaycanla münasibətlərə dair son çıxış-vəsiyyəti, bu hadisə zamanı qardaş Türkiyənin xilasetmədəki fədakarlığı xüsusilə 3 müsəlman dövləti – İran, Azərbaycan və Türkiyəni bir-birinə daha da yaxınlaşdırmaqla, bölgədə qarşıdurmanın yox, böyük bir sülhün və əməkdaşlığın əsasını qoyacaq və bizi üz-üzə gətirmək, qardaşları düşmənlərə çevirmək istəyənlərin bütün mənfur planlarını pozacaq.

Tribunainfo.az xəbər verir ki, bu fikrilərlə çıxış edən siyasi şərhçi Elxan Şükürlünün sözlərinə görə, müqəddəs İmam Rza (ə) hərəminin qoruyucu xidmətçilərindən olan Seyid İbrahim Rəisi ilə bağlı İmamın doğum günündə yaşanan bu müəmmalı helikopter qəzası İranın bundan sonrakı mistik siyasi həyatının həm açarına, həm də ən böyük əfsanələrindən birinə çevriləcək:

“Əgər İran prezidenti Seyid İbrahim Rəisi helikopter qəzasından sağ çıxsaydı, əminəm ki, Seyid Əli Xameneyidən sonrakı dini liderliyə ən real namizəd sayılacaqdı!
İran və Azərbaycan prezidentləri Araz çayı üzərindən bütün dünyaya tarixin təkərini çevirəcək o qədər gözəl mesajlar veriblər ki, bu qəza o görüş və mesajları hər iki ölkənin, xalqın xoşbəxt gələcəyinə də çevirə, iki dost, qardaş ölkənin əbədi düşmənçiliyinə çalışanlara yeni fürsətlər də aça bilər!”.

Nigar