İran parlamentinə basqının arxasında nə dayanır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran parlamentinə silahlı basqın daxili hesablaşma kimi də dəyələrndirilə bilər. 

İran parlamentinə silahlı basqın daxili hesablaşma kimi də dəyələrndirilə bilər.

Bu sözləri Axar.az-a bu gün İran parlamentinə edilən hücumla bağlı danışan sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloqun fikrincə, bu, qatı mühafizəkarların işi də ola bilər:

“Çünki qatı mühafizəkarlar Ruhaninin yeritdiyi siyasətlə razı deyillər, üstəlik, builki prezident seçkilərinin nəticələri də onları qane etmirdi. İran parlamentinə silahlı basqın daxili hesablaşma kimi dəyərləndirilə bilər. Ancaq burada xarici xidmət orqanlarının əlinin olması istisna edilməməlidir. Hadisənin Rakka əməliyyatları ilə eyni vaxta başlaması belə düşünməyə əsas verir. Mümkündür ki, Rakka əməliyyatlarında SEPAH qüvvələrinin Amerikaya qarşı müəyyən hərəkətləri Vaşinqtonu qəzəbləndirib. Çünki İranın xüsusi qruplaşması Haşdi-Şabi Rakka əməliyyatlarında Amerikaya qarşı açıq mübarizə aparır. Ancaq məsələ burasındadır ki, bu, terror mübarizəsidir. Ona görə də Amerikanın açıq terrora gedəcəyini təxmin edə bilmirəm. Hər halda ölkədəki müəyyən qruplaşmaların bu məsələdə əlinin ola biləcəyindən ehtiyatlanıram”.

Politoloq hesab edir ki, İran parlamentinə edilən silahlı basqının arxasında birinci yerdə daxili hesablaşma, ikinci yerdə isə son zamanlar İranın İraq və Suriyada fəallığının artmasından narahat olan xarici qüvvələr durur.

Qeyd edək ki, bu gün naməlum şəxslər İran parlamentinə silahlı hücum edib. Ən son məlumata görə, atışmalarda 7 nəfər ölüb, 8 nəfər yaralanıb, 4 nəfər isə terrorçulara əsir düşüb.

İŞİD-in Liviya qanadı teraktın məsuliyyətini üzərinə götürsə də (“Əl-Ərəbiyyə” bu haqda məlumat yaymışdı), İŞİD məlumatı təkzib edib.