İran prezidenti Məsud Pezeşkianın parlamentə göndərdiyi nazirlərin təsdiqinə dair siyahısına ilk rədd cavabı gəlib. Tribunainfo.az xəbər verir ki, neft naziri kimi təqdim olunan Möhsün Paknejatın namizədliyi qəbul edilməyib.
“Mehr” Agentliyinin yaydığı xəbərə görə, İran parlamentinin enerji komitəsində keçirilən müzakirələrdə Paknejatın açıqlamaları və əsaslandırmaları qənaətbəxş sayılmayıb. O, komitə üzvlərinin yalnız 9 nəfərinin müsbət rəyini ala bilib. Lakin 16 nəfəri əleyhinə səs verib.
Parlament İran prezidentindən başqa şəxsin namizədliyini irəli sürməsini tələb edib.