İran-Pakistan gərginliyi artır… Bakının mövqeyi nədən ibarətdir? – Açıqlama

İran-Pakistan gərginliyi artır… Bakının mövqeyi nədən ibarətdir? – Açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan İran-Pakistan gərginliyinin artmasında maraqlı deyil. Ümumiyyətlə, belə bir yanlış görüş var ki, rəsmi Bakı Tehranın hər hansı bir ölkə ilə müharibəyə girməsindən maraqlı olmalı, İranın başı müharibəyə qarışmışkən Zəngəzur məsələsini həll etməlidir.

Bu sözləri Tribunainfo.az-a siyasi şərhçi Turan Rzayev bildirib. O qeyd edib ki, Zəngəzuru özünün “qırmızı xətti” elan edən və hər vəchlə bunu Bakının diqqətinə çatdıran Tehran bu məsələdə uzlaşmaz mövqe sərgiləyir:


“Zəngəzur dəhlizi Bakının prioritet gördüyü məsələ olsa da, cənub qonşumuz hər hansı ölkə ilə müharibəyə girməsi, dağıntılara məruz qalması bizim üçün ciddi risklər daşıyır. Misal üçün, İranda yaşayan 30 milyondan çox azərbaycanlının ehtimal müharibə zamanı səfərbərliyə cəlb edilməsi, ya da bombalanan Cənubi Azərbaycan şəhərləri fonunda sərhədimizə axışacaq milyonlarla soydaşımız bu risklərdəndir.

Rəsmi Bakı bu riskləri öncədən sezir və heç bir halda İrana qarşı atılacaq addımları dəstəkləmir. Həmçinin başda Pakistan olmaqla İranla ehtimal münaqişəyə girəcək ölkələrin əksəriyyəti dost və tərəfdaş ölkələrdir”.