backend

İran PA rəhbəri: “Yaşasın Azərbaycan!”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran Prezident Administrasiyasının rəhbəri Məhəmməd Nəhavəndian Şərqi və Qərbi Azərbaycanda baş verən daşqınlar zamanı həyatını itirən azərbaycanlılara azərbaycanca başsağlığı verib. 

İran Prezident Administrasiyasının rəhbəri Məhəmməd Nəhavəndian Şərqi və Qərbi Azərbaycanda baş verən daşqınlar zamanı həyatını itirən azərbaycanlılara azərbaycanca başsağlığı verib.

TİA.AZ xəbər verir ki, Nəhavəndian azərbaycanlılara ünvanladığı məktubda yazıb:

“Yaşasın Azərbaycan! Yaşasın İran!

Tofiq nəsib oldu (qismət oldu) ki, əziz həmvətənlərimizin xidmətlərinə yetişdik. Həm Çinarda, həm də Azərşəhrdə seldən müsibət görən ailələrin sözlərin esitdik. Məsulların məruzələrini dinlədik və təzə təsmimlər (qərarlar) tutuldu.

Bu başsağlıqları o zaman kamil olar və ürəklərə yapışar ki, hər nəmənəni başaraq və bu şərafətli xalqa təqdim eləyək, həm ev, həm işə görə tezliklə iqdam eləyək.

Allah gedənlərə rəhmət eləsin və müsibətli famillərə səbir əta eləsin və xidmət eləyənləri qəbul eləsin!”